cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Zaur Svanadze: "Toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik"

18.06.2017 00:39 Oxundu 1334

Məlumat verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan "İnter" FK iyunun 17-də Rumıniyanın "Viitorul "FK ilə yoxlama matçı keçirdi.

Oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze matç barədə fikirlərini açıqladı və ümumilikdə toplanışı qiymətləndirdi.

- Bu gün keçirdiyimiz oyun Avropa Liqası matçları ərəfəsində başlıca repetisiya idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər. Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik.Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik.