çərşənbə, 16 avgust 2017

Menu

çərşənbə, 16 avgust 2017

DIGƏR NÖVLƏR

Cüdoçularımız aktivinə 4 qızıl, 4 gümüş və 2 bürünc medal yazdırıb

18.06.2017 14:22

Xorvatiyanın Zaqreb şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilir. Yarışda mübarizə aparan Azərbaycan idmançıları uğurla çıxış edirlər. Millimiz aktivinə 4 qızıl, 4 gümüş və 2 bürünc medal yazdırıb. Qadınların yarışında ölkəmizi təmsil edən Zülfiyyə Hüseynova F-4 63 kq kateqoriyasında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Kişilərin mübarizəsində Məmmədov Məmməd (M-1 73 kq), Budaqov Vüqar (M-2 73 kq) və Bağırov Zaur (M-3 +100 kq) qitə çempionu adını qazanıb. Hacıyev Babək (M-3 60 kq), Cəfərov Mübariz (M-4 81 kq), Rəcəbli Fərhad (M-6 90 kq) və Müslimzadə Məhəmməd (M-8 +100 kq) gümüş medala layiq görülüb. Daha iki veteran cüdoçumuz - İntiqam Ələkbərov (M-1 100 kq) və Zaur Paşayev (M-2 100 kq) Avropa çempionatında 3-cü yeri tutub.

Oxundu: 154

© 2017 - NSPSOLUTIONS