cümə, 29 mart 2024

BİZİM FUTBOL

Fuad Musayev dəfn olunub

18.06.2017 16:19 Oxundu 1860

AFFA-nın ilk prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib.Təzə Pir məscidində təşkil olunmuş mərasimə mərhumun yaxınlarından əlavə, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, veteran futbolçular və ictimaiyyət nümayəndələri də qatılıblar. Eyni zamanda millət vəkilləri Arif Rəhimzadə və Vahid Əhmədov, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov da mərhumla vidalaşmağa gəliblər. Cənazə namazının ardından mərhum Yasamal qəbiristanlığında valideynləri və bacısının yanında dəfn olunub.

-