cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Hakim videoassistenlərin köməkliyi ilə qolu edib

18.06.2017 22:57 Oxundu 1621

Konfederasiyalar Kuboku çərçivəsində Rusiyanın Kazan şəhərində keçirilən Portuqaliya-Meksika matçı futbol tarixinə düşüb. Məlumata görə, oyunun baş hakimi ilk dəfə olaraq top qapı xəttini keçdikdən sonra videoassistenlərin köməkliyi ilə onu ləğv edib. Tarixi hadisə matçın 21-ci dəqiqəsində baş verib. Andre Qomeşin zərbəsindən sonra Pepe topu qapıya yönəldib. Lakin baş hakim portuqaliyalıları qolu bayram etmələrinə peşman edib. Argentinalı hakim Nestor Pitana jestləri ilə göstərib ki, videoassistentlərin qərarını gözləməlidir. Nəticədə video təkrarlar göstərib ki, A. Qomeşin topa zərbə endirdiyi zaman eyni vaxtda 4 portuqaliyalı, o cümlədən Pepe oyundan kənar vəziyyətdə olub.

Xatırladaq ki, hakim-videoassistentlərdən (VAR) istifadə barədə qərar FIFA tərəfindən 2016-cı ildə qəbul edilib və iki il müddətinə sınaqdan keçməlidir. İlk dəfə videotəkrarların köməyindən macarıstanlı hakim Viktor Kaşşai yararlanıb. O, 2016-cı ildə klublararası dünya çempionatı zamanı Kolumbiyanın“Atletiko Nasyonal” və Yaponiyanın “Kasima” komandaları arasında keçirilmiş oyunda videoassistentlərlə məsləhətləşdikdən sonra penalti təyin edib.