çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

Bu gün “Qarabağ”ın rəqibi bəlli olacaq

19.06.2017 00:16 Oxundu 1748

Avrokuboklarda 2017/18 mövsümünün həyəcanına start verilir. Bu gün baş tutacaq püşkatma ilə yeni mövsümdən etibarən Avropa səhnəsində yarışacaq komandalar öz rəqiblərini tanıyacaqlar.

Çempionlar Liqasında ölkəmizi “Qarabağ” təmsil edəcək. Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən start verəcək.İyunun 19-da keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasında çempionumuz səpələnmişlər sırasında yer alacaq.

Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək. Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz. “Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

TNS (Uels) – 5,775

“Linfild” (Şimali İrlandiya) – 3,650

“Vikinqur” (Farer adaları) – 2,950

“Hibernians” (Malta) – 2,800

“Santa-Koloma” (Andorra) – 2,733

Səpələnməmişlər

“Alaskert” (Ermənistan) – 2,525

“La Fiorita” (San-Marino) – 1,566

“Europa” (Cəbəllütariq) – 1,500

“İnfonet” (Estoniya) – 1,300

“Trepça” (Kosova) – 1,000

II təsnifat mərhələsi

Səpələnmişlər

“Seltik” (Şotlandiya) – 42,785

“Zalsburq” (Avstriya) – 40,570

“Kopenhagen” (Danimarka) – 37,800

“Lüdoqorets” (Bolqarıstan) – 34,175

BATE (Belarus) – 29,475

“Legiya” (Polşa) – 28,450

APOEL (Kipr) – 26,210

“Maribor” (Sloveniya) - 21,125

“Qarabağ” (Azərbaycan) – 18,050

“Malmö” (İsveç) – 16,945

“Astana” (Qazaxıstan) – 16,800

“Partizan” (Serbiya) – 16,075

“Riyeka” (Xorvatiya) – 15,550

“Rusenborq” (Norveç) – 12,665

“Şerif” (Moldova) – 11,150

“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875

“Hafnarfyordur” (İslandiya) – 6,175

Səpələnməmişlər

“Jilina” (Slovakiya) – 5,850

“Jalgiris” (Litva) – 5,825

“Dandalk” (İrlandiya) – 5,815

“Vardar” (Makedoniya) – 5,125

“Dudelanj” (Lüksemburq) – 4,975

“Kukesi” (Albaniya) – 4,550

“Zrinski” (Bosniya və Herseqovina) – 4,050

“Buduçnost” (Monteneqro) – 3,300

“Honved” (Macarıstan) – 2,900

“Mariehamn” (Finlandiya) – 2,030

“Spartak” (Latviya) – 1,975

“Samtredia” (Gürcüstan) – 1,525

I təsnifat mərhələsinin 5 qalibi