çərşənbə, 28 iyun 2017

Menu

çərşənbə, 28 iyun 2017

DÜNYA FUTBOLU

“Qəbələ”, “İnter” və “Zirə” rəqiblərini gözləyir

19.06.2017 09:49

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil qərargahında baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində üç komanda təmsil edəcək. “Zirə”, “İnter” və “Qəbələ” nüfuzlu yarışda Azərbaycan adına mübarizə aparacaqlar. Mübarizəyə I təsnifat mərhələsindən start verəcək “İnter” və “Zirə” səpələnmişlər sırasında qərarlaşıblar və nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar. Ümumilikdə isə Avropa Liqasının I təsnifat mərhələsində 100 komanda yer alacaq. Püşk zamanı bunların 50-si səpələnmiş, qalan yarısı isə səpələnməmişlər səbətində olacaq. 50 səpələnməmişdən 48-i Azərbaycan komandaları ilə görüşə bilər. Ermənistan təmsilçiləri “Pünik” və “Qandzasar” isə Bakı klublarına rəqib olmayacaqlar.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Makkabi” (Təl-Əviv, İsrail), “Midtyulland” (Danimarka), “Dinamo” (Belarus), “Lex” (Polşa), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Kipr), “Şaxtyor” (Belarus), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Skenderbeu” (Albaniya), “Rayndorf” (Avstriya), “Sent Conston” (Şotlandiya), AEK (Kipr), “İnter” (Azərbaycan), “Beytar” (İsrail), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Milsami” (Moldova), “Lyunqbyu” (Danimarka), “Kalyu” (Estoniya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Botev” (Bolqarıstan), “Olimpiya” (Sloveniya), “Valletta” (Malta), “Vaduts” (Lixtenşteyn), “Yagelloniya” (Polşa), “Levski” (Bolqarıstan), MOİK (Bolqarıstan), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Domjale” (Sloveniya), “Ordabaşı” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Ferensvaroş” (Macarıstan), “Kruzaders” (Şimali İrlandiya), “Rabotniçki” (Makedoniya), “Qlazqo Reyncers” (Şotlandiya), “Şirak” (Ermənistan), “Daçiya” (Moldova), “Mladost” (Monteneqro), “Zirə” (Azərbaycan)

Səpələnməmişlər

“İrtış” (Qazaxıstan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Nova Qoritsa” (Sloveniya), “Sutyeska” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Mladost” (Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Flora” (Estoniya), “Çixura” (Gürcüstan), “Linkoln” (Cəbəllütariq), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), “Zeta” (Monteneqro), B-36 (Farer adaları), “Rujomberok” (Slovakiya), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Zarya” (Moldova), “Vaasa” (Finlandiya), “Valyur” (İslandiya), “Vaşaş” (Macarıstan), “Atlantas” (Litva), “Suduva” (Litva), “Tirana” (Albaniya), “Qandzasar” (Ermənistan), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Tre Penne” (San-Marino), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Folqor” (San Marino), “Floriana” (Malta), “Kolreyn” (Şimali İrlandiya), “Ballimena” (Şimali İrlandiya), “Sent Culiya” (Andorra), “Klaksvik” (Farer adaları), “Sent Cozef” (Cəbəllütariq), “Priştina” (Kosovo)

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridi. Onlardan 12-si səpələnmiş, 4-ü səpələnməmişdi. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəiflə görüşəcək. Püşkatmada təmsilçimiz səpələnməmişlərdə olan 4 komanda və ya I təsnifat mərhələsinin cütlərindən biri ilə üz-üzə gələcək.

I təsnifat mərhələsinin 50 cütündən 21-i səpələnmiş, 29-u isə səpələnməmiş olacaq. Premyer Liqanı 3-cü pillədə tamamlayan “İnter” ilk mərhələdə olduğu kimi, turu keçəcəyi halda II təsnifat mərhələsində də səpələnmişlərdən olacaq.

II təsnifat mərhələsi

Səpələnmişlər

“Qalatasaray” (Türkiyə), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Mlada Boleslav” (Çexiya), “Luzern” (İsveçrə), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya), “Panionios” (Yunanıstan)

Səpələnməmişlər

“Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersun” (İsveç), “Brann” (Norveç)

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixləri arasında baş tutacaq.

Oxundu: 58

© 2017 - NSPSOLUTIONS