çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” 5 rəqiblə qarşılaşa bilər

19.06.2017 12:16 Oxundu 1648

Bu gün Çempionlar Liqasında 2017/18-ci illər mövsümünün ilk püşkatması olacaq. Mərasim İsveçrənin Zürih şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qitənin ən nüfuzlu turnirində Azərbaycanı “Qarabağ” təmsil edəcək. “Qarabağ”ın başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

“Səpələnmişlər” səbətində yer alacaq “Qarabağ”ımız 12 klub və ya ilk mərhələnin 4 cütlüyündən biri ilə görüşəcək.

“QARABAĞ”ımızın potensial rəqibləri:

Jilina” (Slovakiya), “Jalgiris” (Litva), “Dandalk” (İrlandiya), “Vardar” (Makedoniya), “Dudelanj” (Lüksemburq), “Kukesi” (Albaniya), “Zrinski” (Bosniya və Herseqovina), “Buduçnost” (Monteneqro), “Honved” (Macarıstan), “Mariehamn” (Finlandiya), “Spartak” (Latviya), “Samtredia” (Gürcüstan), I təsnifat mərhələsinin 5 qalibi

I təsnifat mərhələsində komandamızın rəqibi ola biləcək komandalar:

TNS (Uels), “Linfild” (Şimali İrlandiya), Vikinqur” (Farer adaları), “Hibernians” (Malta), “Santa-Koloma” (Andorra), “La Fiorita” (San-Marino, “Europa” (Cəbəllütariq), “İnfonet” (Estoniya), “Trepça” (Kosova

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Püşkdən bir neçə saat öncə UEFA klubları qruplara bölüb. Bununla, təmsilçimizin mümkün rəqiblərinin sayı azalıb. “Qarabağ” 5 rəqiblə qarşılaşa bilər. Bunlar “Jalgiris”, “Düdelanj”, “Samtredia”, “Buduçnost” və 1 cütün qalibidi.