cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Qarabağ”ın rəqibi “Samtredia” oldu

19.06.2017 13:27 Oxundu 1743

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün ilk püşkatması keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə ilk iki təsnifat mərhələsinin püşkü atılıb. Öncə qitənin 10 ən zəif çempionu 5 cütlük təşkil edib. I təsnifat mərhələsinin bu cütləri iyunun 27-28-də ilk, iyulun 4-5-də cavab oyunlarını keçirəcək. Ardınca mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 29 klub və öncəki raundun 5 cütünün iştirakı ilə püşkatma baş tutub. Burada 34 iştirakçı 17 cütlük təşkil edib. Yarışa II təsnifat mərhələsindən start verəcək Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olub. Qurban Qurbanovun yetirmələri səpələnməmişlər səbətində yer alan “Samtredia” (Gürcüstan) ilə üz-üzə gələcək. Bu mərhələnin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.

I təsnifat mərhələsi

"Vikinqur" (Farer adaları) - "Trepça” (Kosova)

"Haybernian" (Malta) - "İnfonet" (Estoniya)

"Alaşkert" (Ermənistan) - "Santa Koloma" (Andorra)

TNS (Uels) - "Europe" (Cəbəllütariq)

"Linfild" (Şimali İrlandiya) - "La Florita" (San Marino)


II təsnifat mərhələsi

APOEL (Kipr) - "Düdelanj" (Lüksemburq)

"Jalgiris" (Litva) - "Ludoqorets" (Bolqarıstan)

"Qarabağ" (Azərbaycan) - "Samtredia” (Gürcüstan)

"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro)

"Haybernian" (Malta) / "İnfonet" (Estoniya) - "Zalsburq” (Avstriya) "Şerif” (Moldova) -

"Kukesi” (Albaniya)

"Astana” (Qazaxıstan) - "Spartak” (Yurmala, Latviya)

BATE (Belarus) - "Alaşkert" (Ermənistan) / "Santa Koloma" (Andorra) "Jilina” (Slovakiya) -

"Kopenhagen” (Danimarka)

"Hapoel” (Beer-Şeva, İsrail) - "Honved” (Macarıstan) "Riyeka” (Xorvatiya) - TNS (Uels) /

"Europe" (Cəbəllütariq)

"Malmö” (İsveç) - "Vardar” (Makedoniya)

"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya)

"Dandolk” (İrlandiya) - "Rusenborq” (Norveç)

"Hafnarfyordur” (İslandiya) - "Vikinqur" (Farer adaları) / "Trepça” (Kosova) "Linfild" (Şimali İrlandiya)

"La Florita" (San Marino) - "Seltik” (Şotlandiya)

"Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa)

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 27-28 iyun/4-5 iyul, II təsnifat mərhələsinin oyunları isə 11-12/18-19 iyul tarixlərində keçiriləcək.