cümə, 29 mart 2024

BİZİM FUTBOL

Ayxan Abbasov: "Çətin olacağını bilirik"

19.06.2017 15:16 Oxundu 1819

”Differdanj” ölkəsinin ən güclü 2 klubundan biridi”. Bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. İlk dəfə Avropa Liqasında iştirak edəcək paytaxt təmsilçisi I təsnifat mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gələcək. “Zirə”nin çalışdırıcısı Abbasov klubun feysbuk səhifəsinə açıqlamasında püşkü dəyərləndirib: “Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk matçın evdə olması bizim üçün üstünlükdü. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa Liqasında debüt edəcəyik, təcrübəmiz azdı. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki görüşdə yaxşı oynayıb turu keçək".