çərşənbə, 28 iyun 2017

Menu

çərşənbə, 28 iyun 2017

BIZIM FUTBOL

Sumqayıtda "Yay Futbol Düşərgəsi" layihəsinə start verilib

20.06.2017 00:49

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinə start verilib. On doqquz iyun tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 48 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatıldığı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 300-dən çox məktəbli bu seminarın iştirakçısı olub.

Oxundu: 50

© 2017 - NSPSOLUTIONS