cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Böyük uğura imza atmış veteran cüdoçularımız Vətənə qayıdıblar

20.06.2017 08:44 Oxundu 2038

Xorvatiyanın Zaqreb şəhərində veteranlar arasında keçirilən Avropa çempionatının fərdi və komanda yarışında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar. Avropa çempionatının komanda yarışlarında isə millimiz 30-40 yaş kateqoriyası üzrə mübarizədə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.