cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ronaldo "Real Madrid" klubunu tərk etmək niyyətindədir

20.06.2017 09:42 Oxundu 1956

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldunu almaq istəyən klub 880 milyon funt-sterlinq təzminat ödəməli olacaq.

Bunu “kral klubu”nun prezidenti Florentino Peres “Onda Cero” radiosunda çıxışı zamanı bəyan edib.

70 yaşlı futbol funksionerinin sözlərinə görə, yalnız bu məbləğ ödəndikdən sonra 32 yaşlı portuqaliyalı hücumçu “Real Madrid”i tərk edə bilər: “Onun müqaviləsinin dəyəri 880 milyon funt-sterlinqdir. Heç bir klub bu məbləği ödəyə bilməsə, Ronalduda Madriddə qalacaq”.

F.Peres bildirib ki, heç bir oyunçu özünü klubdan yüksək tuta bilməz. O, K.Ronaldunun “Real Madrid”i tərk etmək istəyəcəyi halda, klubun onu saxlamayacağını vurğulayıb. Prezidentin sözlərinə görə, portuqaliyalı futbolçunun “Real Madrid”dən ayrılmaqla bağlı ultimatumu vergi problemi ilə deyil, hücumçunun daha çox qazanmaq istəyi ilə bağlıdır: “Ronaldunun “Real Madrid”i şantaj etməsi ilk dəfə deyil. O, Qaret Beylin transferindən sonra da əmək haqqının qaldırılmasını tələb etmişdi”.

Qeyd edək ki, Kriştianu Ronaldu İspaniyanın "Real Madrid" klubunu tərk etmək niyyətindədir. Səbəb kimi İspaniya prokurorluğunun ona ünvanladığı ittihamlar göstərilir. Portuqaliyalı futbolçu 2011 - 2014-cü illərdə 14,7 milyon avro məbləğində vergini ödəməməkdə günahlandırılır. Onun 2010-cu ildə yaratdığı ictimai təşkilat vasitəsilə belə hərəkətə yol verdiyi bildirilir. Futbolçu hesab edir ki, prokrorluqla problem zamanı “Real Madrid” rəhbərliyi ona lazımı dəstəyi vermir və o, belə vəziyyətdə komandanı tərk etməyi məqsədəuyğun sayır.

K.Ronaldonun əsəas müştərisi isə 2003 - 2009-cu illərdə formasını geyindiyi İngiltərə “Mançester Yunayted”i hesab olunur. "Qırmızı şeytanlar"ın portuqaliyalı hücumçu ilə Alvaro Morata üçün “Real Madrid”ə De Hea və 210 milyon avro təklif etdiyi bildirilir. Report