çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Yığmamız Xantı-Mansiskdə dünya çempionatında heç-heçə oynayıb

20.06.2017 16:48 Oxundu 5104

Azərbaycanın qadın şahmatçılardan ibarət yığması Xantı-Mansiskdə keçirilən dünya komanda çempionatının üçüncü turunu Rusiyadan olan şahmatçılarla heç-heçə başa vurduqdan sonra irəli çıxıb. Azərbaycan yığmasının hesabında 3 xal olub. Bu matçda iki partiya heç-heçə (Yekaterina Laqno – Zeynəb Məmmədyarova, Aleksandra Qoryaçkina – Gülnar Məmmədova) başa çatıb, ikinci lövhədə Günay Məmmədzadə qara fiqurlarla Valentina Quninanı məğlub edib, Ülviyyə Fətəliyeva isə dördüncü lövhədə Olqa Qiryeyə məğlub olub.

Rusiyalı və ukraynalı şahmatçılar 5 xal toplayaraq turnirin cədvəlində müvafiq olaraq ilk iki yeri bölüşürlər.

Digər matçlarda Ukrayna komandası Hindistanı (2,5:1,5), Çin komandası Vyetnamı (2,5:1,5), Gürcüstan komandası Misiri (4:0) məğlub edib, Polşa və ABŞ komandaları heç-heçə (2:2) qurtarıb.

Üç turdan sonra vəziyyət belədir: 1-2. Rusiya, Ukrayna – hər komanda 5 xal. 3-4. Polşa, Gürcüstan – hər komanda 4 xal. 5-7. Azərbaycan, Hindistan, Çin – hər komanda 3 xal. 8. Vyetnam komandası 2 xal, 9. ABŞ komandası 1 xal, 10. Misir komandası 0.

Azərbaycan yığması dördüncü turda Bakıda keçirilmiş Şahmat Olimpiadasının qalibi çinlilərlə qarşılaşacaq.