şənbə, 11 may 2024

BİZİM FUTBOL

"Neftçi"nin tam hazırlıq planı

20.06.2017 21:31 Oxundu 1767

"Neftçi” PFK-nın A komandasının 2017/18 mövsümünə hazırlıq planı müəyyənləşib. İyunun 24 və 25-də tibbi baxışdan keçəcək komanda ayın 26-da Bakıda 3 mərhələli toplanışa start verəcək. Ayın 23-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. İyulun 12-də "Kəpəz”lə qarşılaşacaq "Neftçi”nin ayın 15-də, 19-da və 22-dəki rəqibləri dəqiqləşməyib.

İyulun 24-dən etibarən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcək komandamız ayın 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq. "Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq.