cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Futbolçularımın istəkli olması məni razı saldı”

20.06.2017 21:33 Oxundu 1715

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” ilk yoxlama oyununu keçirib və Rusiyanın “Axmat” klubuna 0:1 hesabıyla məğlub olub.

Komandamızın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib: “Avstriyada ilk oyunumuz idi. Futbolçularım çox istəkliydi, bu da çox yaxşı haldı. Düzdür, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda futbolçularımın istəkli olması məni razı saldı”.