cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Ayxan Abbasovun yetirmələri Georgi Hacinin çalışdırdığı komandaya uduzdu

20.06.2017 21:38 Oxundu 1639

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb. Ayxan Abbasovun yetirmələri “Vitorul Konstanta” ilə üz-üzə gəliblər. Georgi Hacinin çalışdırdığı Rumıniya təmsilçisi ilə qarşılaşma "Zirə"nin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Oyunda hesabı bakılılar açıblar. "Zirə"nin yeni transferi Orxan Əliyev 3-cü dəqiqədə fərqlənərək, komandasını hesabda önə keçirib. Lakin paytaxt təmsilçisi üstünlüyünü sona qədər qoruya bilməyib. Fasilədən sonra iki dəfə fərqlənən rumınlar yekunda qalib gələn tərəf olublar. Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirmiş “Zirə” əvvəlcə “İnter”ə (2:0), ardınca isə Kamerunun “Columbe Sportive” klubuna (8:0) qalib gəlib.

Yoxlama oyunu

20 iyun

“Zirə” – “Vitorul Konstanta” - 1:2