çərşənbə axşamı, 19 mart 2024

ŞAHMAT

Şəhriyar Məmmədyarov “Grand Chess Tour” turnirində

21.06.2017 00:11 Oxundu 4784

Bu gün Parisdə şahmat üzrə “Grand Chess Tour” seriyasının birinci mərhələsi start götürür. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da turnirə dəvət edilib. On şahmatçı bir dövrə rapid və 2 dövrə blits turnirlərdə mübarizə aparacaq.

İyunun 21-dən 23-dək rapid üzrə (hər biri 25 dəqiqə + 10 saniyə), iyunun 24-dən 25-dək blits (hər biri 5 dəqiqə + 3 saniyə) turnirlər keçiriləcək.

Turnirdə Ş. Məmmədyarovla bərabər, dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (ABŞ), Aleksandr Qrişşuk, Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav, Etyen Bakro (Fransa) və Veselin Topalov (Bolqarıstan) iştirak edirlər. Rapid turnirində hər bir qələbəyə görə 2 xal, heç-heçəyə görə 1 xal, blitsdə hər bir qələbəyə görə 1 xal, heç-heçəyə görə 0,5 xal verilir.

Turnirin ümumi mükafat fondu 150 min dollardır.

2017-ci ildə “Grand Chess Tour” seriyası beş mərhələdə keçiriləcək: 20-25 iyun, Paris, Fransa (rapid və blits), 26 iyun – 3 iyul, Belçika (rapid və blits), 31 iyul – 12 avqust, Sent-Luis, ABŞ (klassik şahmat), 13-20 avqust, Sent-Luis, ABŞ (rapid və blits), dekabr, London, Böyük Britaniya (klassik şahmat).