çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Mourinyoya qarşı ittiham irəli sürülüb

21.06.2017 00:39 Oxundu 1690

İspaniya Prokurorluğu “Real” Madridin keçmiş baş məşqçisi və hazırda “Mançester Yunayted”i çalışdıran Joze Mourinyoya qarşı ittiham irəli sürüb. Məlumata görə, portuqaliyalı mütəxəssis 3,3 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur. Prokurorluq müvafiq ərizəni Madrid klubuna göndərib. J. Mourinyo 2011-2012-ci illər ərzində iki vergi cinayətində ittiham olunur. Xatırladaq ki, o, 2010-2013-cü illər ərzində “Real” Madridi çalışdırıb.

Qeyd edək ki, “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo da vergidən yayınmaqda şübhəli bilinir. Portuqaliyalı forvardın 2011-2014-cü illərdə 14,7 milyon avro həcmində vergidən yayındığı iddia edilir. Onun bu ittihamlara görə iyulun 31-dı ifadə verməyə çağırıldığı bildirilir.