cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Hakimlərimiz Avropa Liqasına təyinat aliblar

21.06.2017 13:24 Oxundu 1674

Beynəlxalq dərəcəli hakimlərimiz 2017-18 mövsümünün ilk təyinatını alıblar. Ömər Paşayev və Rəhim Həsənov Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə edəcəklər. Paşayev iyunun 29-da “Kayrat”la “Atlants” arasında Qazaxıstanda keçiriləcək ilk qarşılaşmada ədalət təmsilçisi olacaq. Həsənov isə həmin gün Latviyada “Ventspils” – “Valur” qarşılaşmada fit çalacaq.

Avropa Liqası, I təsnifat mərhələsi

29 iyun

“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev

“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov