cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Rusiya Portuqaliya ilə üz-üzə gəlir

21.06.2017 15:27 Oxundu 1764

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də ikinci tura start veriləcək. A qrupunda iki görüş baş tutacaq. Ev sahibi Rusiya turnirin favoritlərindən sayılan Portuqaliya yığması ilə qarşılaşacaq. Ruslar yarışın açılış matçında Yeni Zelandiyaya qalib gəldikləri (2:0) halda, Portuqaliya Meksika üzərindəki qələbəni son anda əldən vermişdi (2:2). Şimal qonşularımız qələbə seriyasını davam etdirmək niyyətindədi. Öz növbəsində, Kriştianu Ronaldo və komanda yoldaşları da meydana qələbə üçün çıxacaqlar.

Qrupun digər matçında isə Meksika və Yeni Zelandiya milliləri üz-üzə gələcək. Şimali amerikalılar əsas rəqiblərinin bir-biri ilə qarşılaşmasından maksimum yararlanmaq niyyətindədi. Bu mənada, Yeni Zelandiya ilə görüşdə Xuan Karlos Osorionun yetirmələrini qələbədən başqa nəticə qane etməyəcək.

FİFA Konfederasiyalar Kuboku – 2017

21 iyun

A qrupu

19:00. Rusiya – Portuqaliya

22:00. Meksika – Yeni Zelandiya