çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Rusiya – Portuqaliya - 0:1 VİDEO

21.06.2017 20:24 Oxundu 1946

İyunun 21-də Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində ilk oyun Rusiya və Portuqaliya komandaları arasında keçirilib. “A” qrupunda yer alan komandaların görüşündə turnirin favoritlərindən sayılan Portuqaliya yığması ev sahibi Rusiya millisinə 1:0 hesabı ilə qalib gəlib. Moskvada keçirilən görüşdə yeganə qolu matçın 8-ci dəqiqəsində sonuncu Avropa çempionatının qalibi olan komandanın ulduz futbolçusu Kriştiano Ronaldo başla qapıdan keçirib.

Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan portuqaliyalılar bir neçə təhlükəli vəziyyət yaratsalar da, görüşün sonunadək hesab dəyişməyib.

Rusiya komandasının qapıçısı İqor Akinfeyev millinin heyətində keçirdiyi 100-cü qarşılaşmada öz qapısını toxunulmaz saxlaya bilməyib.

FİFA Konfederasiyalar Kuboku – 2017

21 iyun

A qrupu

Rusiya – Portuqaliya - 0:1

Qol: Ronaldo, 9

V