cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

“Dinamo” aləmi qatdı

22.06.2017 00:29 Oxundu 1598

Kiyev “Dinamo”su rəsmi saytı vasitəsilə Avstriya toplanışında oynayacağı rəqiblərin adlarını yayımlayıb. "apasport"un məlumatına görə, açıqlanan siyahıda “Qarabağ” da yer alıb.

Maraqlıdır ki, kiyevlilərin görüş üçün göstərdikləri tarixdə daha əvvəl “Qəbələ” ilə oynayacaqları xəbərini vermişdik.

Məsələ ilə bağlı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Klub rəsmisi bildirdi ki, planlarda heç bir dəyişiklik olmayıb, görünür ukraynalılar texniki səhvə yol veriblər. İyulun 4-də “Qəbələ” “Dinamo” ilə hazırlıq matçı keçirəcək.

“Qarabağ”ın mətbuat xidmətinin rəisi Nurlan İbrahimov da ukraynalı həmkarlarının səhv etdiklərini dedi. Belə ki, ağdamlıların rəsmisi saytımıza açıqlamasında oyunun təyin olunduğu tarixdə artıq Avstriyada olmayacaqlarını bildirdi.

Görünür “Dinamo Kiyev”in mətbuat xidməti təmsilçilərimizin adlarını səhv salıblar.