şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Kamerun Avstraliya, Almaniya isə Çili ilə qarşılaşacaq

22.06.2017 00:51 Oxundu 1761

Bu gün Konfederasiyalar Kuboku - 2017-də daha iki oyun keçiriləcək. B qrupunda əvvəlcə Kamerun Avstraliya millisi ilə üz-üzə gələcək.

Günün digər görüşündə isə DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Almaniya yığması Çili ilə qarşılaşacaq. Bu görüşə maraq böyükdür.

Qeyd edək ki, Almaniya və Çili ilk oyunda qələbə qazanıb, Kamerun və Avstraliya məğlub olub.

22 iyun

B qrupu

19:00.Kamerun – Avstraliya

22:00.Almaniya - Çili