şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Kamerun – Avstraliya - 1:1 VİDEO

22.06.2017 21:47 Oxundu 1885

İyunun 22-də Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti oyun Rusiya və Portuqaliya komandaları arasında keçirilib. “B” qrupunda yer alan Kamerun və Avstraliya milli komandaları arasındakı görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Sankt-Peterburqda keçirilən matçın 46-cı dəqiqəsində Kamerunun futbolçusu Zambo Anguissa oyunda hesabı açıb.

Fasilədən sonra oyunda üstünlüyü ələ alan Avstraliya yığması matçın 60-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Matçın qalan vaxtında komandalar bir neçə təhlükəli vəziyyət yaratsalar da, görüşün sonunadək hesab dəyişməyib.

Konfederasiyalar Kuboku – 2017

B qrupu

22 iyun

Kamerun – Avstraliya - 1:1

Qollar: Zambo Frank, 45 - Miliqan, 60 (pen.)

sf