cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Millimizin forması Ronaldoya hədiyyə edildi

23.06.2017 00:13 Oxundu 1841

Dünyanın ən yaxşı futbolçusu olan Kriştiano Ronaldoya Azərbaycan milli komandasının forması hədiyyə olunub. “qafqazinfo” xəbər verir ki, Madrid "Real"ının və Portuqaliya millisinin ulduz hücumçusu sevimli nömrəsi olan "7"-ni hədiyyə alıb.

Bunu Kriştianoya AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev təqdim edib. Həmin göy formanın arxasında futbolçunun adı yazılıb.

Xatırladaq ki, millimiz hazırda "7 nömrə"ni "Qəbələ"nin yarımmüdafiəçisi Araz Abdullayev daşıyır.