çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

“River Pleyt"in 7 futbolçusundan dopinq tapılıb

23.06.2017 12:14 Oxundu 1616

Argentinanın “River Pleyt” komandasının 7 futbolçusunun dopinq-testi müsbət nəticə verib. "report”un “Cronica” telekanalına istinadən verdiyi məlumata görə, bunlar - müdafiəçilər Lukas Martines və Conatan Maydana, yarımmüdafiəçilər Kamilo Mayda, Leonardo Pontsio və İqnasio Fernandes, hücumçular Sebastyan Driussi və Lukas Alariodur.

Oyunçulardan götürülmüş nümunələrdə qadağan olunmuş hidroxlortiazid maddəsi aşkarlanıb. 3 futbolçunun belə maddədən yararlandığı təsdiqlənib, qalanları üçün isə hələ təsdiq cavabı gəlməyib.

Qeyd edək ki, “River Pleyt” 36 qat Argentina çempionu və Libertadores Kubokunun 3 qat qalibidir.