cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Rusenborq” – “Dundalk” oyununun baş hakimi Əliyar Ağayev olacaq

23.06.2017 15:27 Oxundu 1602

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i və ya 19-da keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, Əliyar Ağayev Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 29-da keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva) matçının dördüncü hakimi olacaq.