cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” ÇSKA ilə qarşılaşacaq

23.06.2017 16:42 Oxundu 1600

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” sabah - iyunun 24-də ikinci yoxlama oyununu keçirəcək. Komanda Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.

Xatırladaq ki, “Qarabağ” ilk yoxlama matçında Rusiyanın "Axmat" klubuna 0:1 hesabıyla məğlub olmuşdu.