Cümə, 24 noyabr 2017

Menu

Cümə, 24 noyabr 2017

BOKS

Boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb

24.06.2017 00:25

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal görüşləri başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib.

Şahsuvarlı bu gün baş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

Qeyd edək ki, yarışa 10 boksçu ilə qatılan millimizin 5 üzvü 1/4 finala yüksəlməyi bacararaq dünya çempionatında yarışmağa haqq qazanıb.

Oxundu: 491

© 2017 - NSPSOLUTIONS