çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Stanislav Çerçesovun mütləq qələbə qazanmalıdırlar

24.06.2017 11:26 Oxundu 1622

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də ikinci tura start veriləcək. Son iki oyunla A qrupuna yekun vurulacaq. Son matçlar olduğundan iki qarşılaşma da eyni saatda start götürəcək.İki oyundan sonra 3 xalı olan meydan sahibləri Rusiya millisi 4 xala malik Meksika ilə üz-üzə gələcək. Bu matç ruslar üçün son şansdır. Stanislav Çerçesovun yetirmələri növbəti mərhələyə adlamaq istəyirlərsə, mütləq qələbə qazanmalıdırlar. Əks halda şimal qonşularımız doğma meydandakı yarışa sadəcə azarkeş kimi baxmalı olacaq. Meksikaya isə bu oyunda bərabərlik də bəs edəcək. Amerikalılar digər oyunun nəticəsindən asılı olmayaraq 1 xalla qrupdan çıxacaqlar.

Hazırda 4 xalı olan bir digər komanda Portuqaliya isə Yeni Zelandiya ilə qarşılaşacaq. Aşkar autsayder olan okeaniyalıların pireneylilərə problem yaradacağı inandırıcı görünmür.

Konfederasiyalar Kuboku – 2017

3-cü tur

24 iyun

19:00. Meksika – Rusiya

19:00. Yeni Zelandiya – Portuqaliya

1.

Portuqaliya

2

2

1

0

3:2

4

2.

Meksika

2

1

1

0

4:3

4

3.

Rusiya

2

1

0

2

2:1

3

4.

Yeni Zelandiya

2

0

0

2

1:4

0