bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

DIGƏR NÖVLƏR

2 taekvondoçumuz yarışmanı başa vurdu

24.06.2017 15:52

Xəbər verdiyimiz kimi, bu gün Cənubi Koreyanın Muju şəhərində dünya çempionatına start verilib. Yarışın ilk günü ikitəmsilçimiz mübarizəyə qatılıb.

Qadınların mübarizəsində Safiye Polat (-46 kq) ilk rəqibi Nigeriyalı Josefine Esukuya böyük hesabla (15:6) qalib gəlsə də növbəti döyüşdə Türkiyəli idmançı Rukiye Yıldırıma (5:8) məğlub olaraq yarışmanı başa vurub.

Kişilər arasında -54 kq çəki dərəcəsində yarışa qatılan Qaşım Maqomedov Livanlı Georgies Nakhleyə şans verməyərək (17:1) yaışdan kənarlaşdırıb. İkinci döyüşündə isə rəqib İtalya təmsilçisi Vita Della Aqulla həmyerlimizdən üstün olub. Qaşım bu qarşılaşmadan 10:20 hesablı məğlubiyyətlə ayrılaraq çempionatda iştirakını dayandırmalı olub.

Beləliklə, çempionatın ilk günü komandamız üçün başa çatıb. Sabah daha iki taekvondoçumuz mübarizəyə qatılacaq. Qadınlardan Patimat Abakarova (-49 kq), kişi taekvondoçulardan isə Sina Bahrami (-74 kq) medallar uğrunda mübarizə aparacaq.

Oxundu: 268

© 2017 - NSPSOLUTIONS