şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Hollandiyalı futbolçu «Qəbələ»də

24.06.2017 16:09 Oxundu 1483

2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir transfer gerçəkləşdirib. Bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales və Stiven Jozef-Monrozla anlaşan “qırmızı-qaralar” Dion Maloneni də heyətinə qatıb. Surinam əsilli hollandiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Surinamda anadan olan 28 yaşlı sağ cinah müdafiəçisi yarımmüdafiəçi kimi də çıxış edir. Dionun karyerası Hollandiya klubları ilə bağlı olub. “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək “Omnivorld” adlanan klub sonradan adını dəyişərək “Almere Siti”yə çevrilib. Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.