cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Berluskoni: "Donnarummanı mühakimə etməyə dəyməz"

24.06.2017 17:36 Oxundu 1460

“Milan”ın keçmiş prezidenti Silvio Berluskoni Canluici Donnarummanın klubu tərk etmək fikrinə münasibət bildirib. İtaliyanın sabiq baş naziri gənc qapıçını müdafiə edib: “Donnarumma 18 yaşlı yaxşı oğlandır. İndi o, çətin seçim qarşısındadı. Donnarumma böyük pulları və gələcək perspektivi düşünür. Onu mühakimə etməyə dəyməz. Çünki bizdə parlamentdə öz komandasını dəyişmiş 500 siyasətçi var”.