cümə, 29 mart 2024

BİZİM FUTBOL

«Qəbələ»nin daha üç rəqibi müəyyənləşdi

25.06.2017 00:17 Oxundu 1618

2017/18 mövsümünə hazırlığın ilk mərhələsini başa vuran “Qəbələ” ikinci təlim-məşq toplanışına iyunun 27-də start verəcək. “Qırmızı-qaralar” məşqlərini Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirəcək. Komanda iyulun 9-dək davam edəcək hazırlıqlar çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq. “Qəbələ” iyunun 30-da Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. İyulun 4-də Roman Qriqorçukun yetirmələri Ukrayna “Dinamo”su (Kiyev) ilə qarşılaşacaq. “Qırmızı-qaralar”ın toplanışdakı son rəqibi isə Avstriyanın “Lints” komandası olacaq. Bu matç iyulun 8-də baş tutacaq.

Xatırladaq ki, yeni mövsümün hazırlığına iyunun 3-də Bakıda start verən “Qəbələ” ayın 7-dən 23-dək Avstriyanın Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışı keçirib və 5 yoxlama matçında qüvvəsini sınayıb.