cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub

25.06.2017 00:21 Oxundu 2001

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib. Rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.


Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.