cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub

25.06.2017 18:29 Oxundu 3576

"Red Bull Racing" komandasının pilotu Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi oldu. "Mercedes"in pilotu Valtteri Bottas finiş xəttini ikinci, "Williams"ın sürücüsü Lans Stroll isə üçüncü keçdilər.

Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu.

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirildi.

Sonra qaliblərə mükafatlar təqdim olundu.

Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Konstruktorlar kubokunu “Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim etdi.

İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strolla isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.