çərşənbə, 24 aprel 2024

DİGƏR NÖVLƏR

Ramazan bayramınız mübarək!

26.06.2017 10:19 Oxundu 5053

"cempion.az" İdman Klubunun kollektivi Müqəddəs Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, xalqımıza xoşbəxtlik, firavan həyat və bol ruzi arzulayır. Allahın rəhməti və bərəkəti daim üzərimizdə olsun.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qeyd edək ki, bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 26 iyun – Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibəti ilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür. Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.

Bayramınız mübarək!