bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

DIGƏR NÖVLƏR

2 taekvondoçumuz da mundialla vidalaşdı

26.06.2017 16:18

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir. Bu gün böyüklər arasında keçirilən dünya çempionatında daha iki idmançımız dayanq üzərinə çıxıb. Hər iki taekvondoçumuz iki döyüşdə qalib gəlsələr də növbəti qarşılaşmadan məğlub ayrılıb.

Belə ki, Ayxan Tağızadə (-68 kq) Livan idmançısı Rayan Delbani (22:11) və Səudiyyə Ərəbistanı təmsil edən İbrahim Saudu 11:3 hesabı ilə məğlub etsə də Çin-Taypeyli taekvondoçu Yu-Jen Huanga məğlub olaraq yarışı başa vurub. Fəridə Əzizova (-67 kq) da Faber İsabella (LÜK) (24:1) və Vanessa Koerndlı (ALM) üzərində 7-6 hesablı qələbə qazansa da Koreyalı idmançı Jan Di-Kimlə döyüşdən məğlub (0:7) ayrılaraq yarışla vidalaşıb. Çempionatın dördüncü günü kişilərin yarışmasında -58 kq çəki dərəcəsində Fizam Mehtiyev mübarizəyə qatılacaq.

Oxundu: 285

© 2017 - NSPSOLUTIONS