şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Mirabdulla Abbasov: "Doğma komandama qayıtdığım üçün sevincliyəm" (VİDEO)

27.06.2017 19:33 Oxundu 2032

Ötən mövsümü icarə əsasında "Sumqayıt”da keçirmiş Mirabdulla Abbasov "Neftçi”yə qayıdıb. 22 yaşlı yarımmüdafiəçi bununla bağlı fikirlərini Neftçi TV-yə bildirib: "Neftçi” dogma, futbola göz açdığım komandamdır. Bu komandaya qayıtdığım üçün sevincliyəm. Məşqlər hələ ki fiziki hazırlıq üzrə keçir. Əhval-ruhiyyə yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, "Neftçi” əvvəlki günlərində olduğu kimi oynasın. Azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm. "Sumqayıt”da olduğum müddətdə də mənə böyük dəstək oldular. Çalışacağam ki, bundan sonra daha artıq dəstək göstərsinlər”.

a