cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Avrokuboklar “zəiflər”lə başlayır

27.06.2017 19:40 Oxundu 1733

Bu gün avrokuboklarda yeni mövsümə start veriləcək. "apasport"un məlumatına görə, qitə miqyaslı turnirlərdə hökm sürən 23 günlük sükuta Çempionlar Liqasının oyunları ilə son qoyulacaq.

Avrokuboklar hələlik yalnız “zəiflər” üçün start götürəcək.

Belə ki, I təsnifat mərhələsində ən aşağı reytinqli 10 çempionatın qalibi çıxış edir. Lakin bu 5 cütün qarşılaşmaları təkcə 10 iştirakçı deyil, həm də onları II təsnifat mərhələsində gözləyənlər üçün maraqlıdır.

Bu gün start götürəcək I təsnifat mərhələsinin ilk qarşılaşmaları iki gün davam edəcək. Matçlardan 4-ü bu gün, biri isə sabah keçiriləcək. Bir həftə sonra baş tutacaq cavab oyunları sərfəli nəticə əldə etmək arzusunda olanlardan biri avrokuboklara yeni buraxılan Kosovo təmsilçisidi. Bu matç bir sıra ölkələrdə tanınmayan dövlətin debütü ilə əlamətdar olacaq.

Həmçinin postsovet məkanı təmsilçilərindən Estoniya, Ermənistan, şimal ölkələrindən Farer adaları, Uels, Şimali İrlandiya, həmçinin cırtdanlar San-Marino, Andorra, Cəbəllütariq və Maltanın klubları mərhələ keçmək üçün mübarizə aparacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

27 iyun

22:00. “Alaskert” (Ermənistan) - “Santa-Koloma” (Andorra)

00:00. “Vikinqur” (Farer adaları) - “Trepça” (Kosovo)

00:00. “Hibernians” (Malta) - “İnfonet” (Estoniya)

00:00. TNS (Uels) - “Europa” (Cəbəllütariq)