Cümə, 24 noyabr 2017

Menu

Cümə, 24 noyabr 2017

GÜLƏŞ

GAÇ-2017: ilk gündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal

27.06.2017 23:01

Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə güləşçimiz Rusiya idmançısına uduzub və gümüş medalla kifayətlənib.

60 kq-da yarışan Əli Rəhimzadə ilk görüşdə Ermənistan, ardınca Rusiya idmançısı ilə gərgin keçən görüşlərdən qalib ayrılıb. Yarımfinalda Moldovadan olan rəqibini də üstələyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə Əli Rəhimzadə Ukrayna idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Əli Rəhimzadə gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

96 kq çəkidə mübarizə aparan Məhəmmədrəsul Qazıməhəmmədov isə Türkiyə təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə şans verməyən təmsilçimiz çempionatın bürünc medalını qazanıb.

50 kq
1/4 final - Şahin Muxtarov - Valentin Damour (FRA) 11:0
1/2 final - Horst Lehr (GER) - Şahin Muxtarov 6:7
FİNAL - Şahin Muxtarov - Mukhammadkhon Mukhammadkhon (RUS) 1:6

60 kq
1/8 final - Vardges Karapetyan (ARM) - Əli Rəhimzadə 6:6*
1/4 final - Abdulla Axmedov (RUS) - Əli Rəhimzadə 7:7*
1/2 final - Vitalie Bunici (MDA) - Əli Rəhimzadə 4:16
FİNAL - Əli Rəhimzadə - Andriy Yatsenko (UKR) 8:7

74 kq
1/8 final - Rustam Magomedov (RUS) - Abubakr Abakarov 3:2
Təsəlliverici görüş - Abubakr Abakarov - Akhsarbek Gulaev (SVK) 1:3

96 kq
1/8 final - Patrik Szurovski (HUN) - Məhəmmədrəsul Qazıməhəmmədov 0:7
1/4 final - Məhəmmədrəsul Qazıməhəmmədov - Givi Matçaraşvili (GEO) 7:15
Təsəlliverici görüş - Dimitrios Akritidis (GRE) - Məhəmmədrəsul Qazıməhəmmədov 0:10
Bürünc medal görüşü - Məhəmmədrəsul Qazıməhəmmədov - İbrahim Çiftçi (TUR) 11:1

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür.

https://unitedworldwrestling.org/event/european-championships-1

Oxundu: 434

© 2017 - NSPSOLUTIONS