şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

I təsnifat mərhələsi Kosovo təmsilçisinin debütü ilə əlamətdar olub

27.06.2017 23:19 Oxundu 1800

Avrokuboklarda yeni mövsümə start verilib. Avrokuboklar hələlik yalnız “zəiflər” üçün start götürüb. Belə ki, I təsnifat mərhələsində ən aşağı reytinqli 10 çempionatın qalibi çıxış edir. Lakin bu 5 cütün qarşılaşmaları təkcə 10 iştirakçı deyil, həm də onları II təsnifat mərhələsində gözləyənlər üçün maraqlıdır.

I təsnifat mərhələsi Kosovo təmsilçisinin debütü ilə əlamətdar olub. Ancaq debütant ilk görüşündən məğlub ayrılıb - 1:2.

Həmçinin postsovet məkanı təmsilçilərindən Estoniya, Ermənistan, şimal ölkələrindən Farer adaları, Uels, Şimali İrlandiya, həmçinin cırtdanlar San-Marino, Andorra, Cəbəllütariq və Maltanın klubları mərhələ keçmək üçün mübarizə aparırlar.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

27 iyun

“Alaskert” (Ermənistan) - “Santa-Koloma” (Andorra) - 1:0

Qol: Nenadoviç, 39

“Vikinqur” (Farer adaları) - “Trepça” (Kosovo) - 2:1

Qollar: Vatnamar, 17, Laval, 73 - Hajdari, 39

“Hibernians” (Malta) - “İnfonet” (Estoniya) - 2:0

Qollar: Jorjinyo, 63, Kristensen, 73

TNS (Uels) - “Europa” (Cəbəllütariq) - 1:2

Qollar: Giqli, 44 - Aleks Gillo, 8, Qomez, 78