şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” “Dinamo”ya uduzdu

28.06.2017 21:39 Oxundu 1925

“Qarabağ” bu gün növbəti- üçüncü yoxlama oyununu keçirib. Komanda Rusiyanın “Dinamo” (Moskva) klubuyla qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən ilk hissədə hesab açılmayıb. Matçın 62-ci dəqiqəsində rəqibin heyətində Kirill Pançenko fərqlənərək hesabı 0:1 edib. Matçın qalan dəqiqələrində “Qarabağ”ın bir neçə dəfə fərqlənməyə şansları olsa da, bu fürsətlərdən yararlana bilməyib. Matç rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.

“Qarabağ”: İbrahim Şehiç, (Anton Kanibolotski, 46), Qara Qarayev, Maksim Medvedev, (Abbas Hüseynov, 70), Rahid Əmirquliyev, (Coşqun Diniyev, 46), Miçel, Dino Ndlovu, (Turan Manafov, 83), Rəşad Sadıqov, (Elvin Yunuszadə, 60), Əfran İsmayılov, (Elşən Abdullayev, 75), Ansi Aqolli, (Arif Daşdəmirov, 70), Ağabala Ramazanov, (Mahir Mədətov, 46), Bədavi Hüseynov

“Dinamo”: 1. Anton Şunin, 13. Sergey Terexov, 3. Sebasitan Holmen, 12. Dmitriy Belorukov, 25. Aleksey Kozlov, 27. Samba Sov, 41. Aleksandr Sapeta, 8. Kiril Pançenko, (Maksim Kuzmin, 64), 77. Anatoli Katrix, (11. İvan Temnikov, 79), 7. Aleksey İonov, (88. Aleksandr Tasaev, 75), 21. Fatos Beciray

“Qarabağ” – “Dinamo” 0:1

Qol: Kirill Pançenko, 62