cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Almaniya, yoxsa Meksika

29.06.2017 09:09 Oxundu 1939

Bu gün Konfederasiyalar Kubokunda ikinci yarımfinal matçı keçiriləcək. Çilidən sonra Almaniya və Meksika da həlledici oyun üçün meydana çıxacaqlar. Son dünya çempionu bundestim şimali amerikalıları sınağa çəkəcək. Yoahim Löv komandasını turnirə ikinci heyətlə gətirdiyindən, heç də cütlüyün aşkar favoriti sayılmır. Düzdü, Almaniya qrupda Avstraliya (3:2) və Kamerun (3:1) üzərində qələbə qazanıb, Çili ilə (1:1) bərabərə qalıb. Ancaq Meksika da A qrupunda eyni göstəriciyə imza atıb (Portuqaliya – 2:2, Yeni Zelandiya – 2:1, Rusiya – 2:1).

FİFA Konfederasiyalar Kuboku-2017

Yarımfinal

29 iyun

22:00. Almaniya – Meksika

Soçi. “Fişt” stadionu