şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Bu gün diqqətimiz “Zirə”nin, ardınca isə “İnter”in oyununa yönələcək

29.06.2017 09:26 Oxundu 1750

Bu gün Avropa Liqasında yeni mövsümə start veriləcək. Azərbaycanlı azarkeşlərin diqqəti ilk olaraq “Zirə”nin, ardınca isə “İnter”in oyununa yönələcək.

Birincilərdən fərqli, Zaur Svanadzenin komandasının artıq avrokubok təcrübəsi var. Düzdü, ciddi problemlərlə qarşı-qarşıya qalsa da, hər halda keçmiş “bankirlər”in turu keçmək şansları heç də möcüzəyə bərabər deyil.

“İnter” Serbiyada sərfəli nəticəyə imza atmağa çalışacaq. Rəqib “Mladost”un 65 yaşı olsa da, ciddi bir uğuru yoxdu. Luçani təmsilçisi 2014-cü ildə yenidən yüksək liqaya qayıdıb. Əvvəlki iki mövsümdə 7-ci və 9-cu pillələri tutan komanda ötən mövsüm 4-cü yerə sahib çıxaraq, ilk dəfə avrokuboklara vəsiqə əldə edib.

Bununla belə, Serbiya futbolunun gücünü və tarixini nəzərə alsaq, “İnter”i asan görüşün gözləmədiyini təxmin etmək olar. Üstəlik, Zaur Svanadzenin komandası transfer qadağası ilə əlaqədar olaraq, heyətinə yeni futbolçu qata bilməyib.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

29 iyun

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov

Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Hakim-inspektor: İqor Satki (Moldova)

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

Bakı. “Dalğa Arena”

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

22:30. “Mladost” (Serbiya) – “İnter” (Azərbaycan)

Baş hakim: Aleksey Matyunin

Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov

Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)

UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)