şənbə, 23 sentyabr 2017

Menu

şənbə, 23 sentyabr 2017

DIGƏR NÖVLƏR

Fettelin hərəkəti araşdırdırılır

29.06.2017 13:03

Keçən bazar günü ölkəmizdə baş tutan yarış zamanı Təhlükəsizlik Maşını rejiminin sonunda Sebastyan Fettel əsas rəqibi Lyuis Həmiltonla iki dəfə toqquşmuşdu – Ferrari-nin sürücüsü əvvəlcə sürətini kəskin azaldan Lyuisə arxadan çırpılmış, sonra isə yanına gələrək qəsdən qırmızı maşınını rəqibin gümüşü maşınına vurmuşdu.

F-1.az xatırladır ki, məhz qəsdən etdiyi ikinci hərəkətinə görə dördqat dünya çempionu yarışın gedişində 10 saniyəlik Stop&Go (dayan və get) cəzası almaqla yanaşı, yarışdan sonra da aktivinə 3 cərimə balı qazanmışdı. Bir qədər əvvəl isə məlum olub ki, FİA həmən insidenti təkrar araşdırmaq qərarına gəlib.

Federasiyanın rəsmi saytında yayılan relizdə deyilir: “Sebastyan Fettel və Lyuis Həmilton arasında Azərbaycan Qran Prisinin gedişində baş verən toqquşmadan sonra FİA insidenti ətraflı araşdıracaq və bazar ertəsi, yəni iyulun 3-də araşdırmaların davam etdirilməsini dəyərləndirəcək.

İlkin araşdırmanın nəticəsi isə Avstriya Qran Prisinədək dərc olunacaq”.

Oxundu: 318

© 2017 - NSPSOLUTIONS