şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) - 2:0 VİDEO

29.06.2017 21:13 Oxundu 2093

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürüb. İlk olaraq, mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Zirə” qoşulub. Azərbaycanlı futbolsevərlərin diqqəti ilk olaraq “Dalğa Arena”ya yönəlib. Çempionatda 4-cü yeri tutan və bunun sayəsində Avropa Liqasına yolu açılan “Zirə” avrokuboklarda debüt matçına çıxıb.

Qitə miqyasında ilk oyununda Lüksemburq təmsilçisi "Differdanj"la qarşılaşan paytaxt təmsilçisi debütünü qələbə ilə qeyd edib. Ayxan Abbasovun komandası hər hissədə vurduğu bir qolla matçdan 2:0 hesablı qalibiyyətlə ayrılıb.

Qadze və Belfortun qolları təmsilçimizə qələbə qazandırıb.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

29 iyun

“Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) - 2:0

Qollar: Qadze, 22, Belfort, 80

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov

Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Hakim-inspektor: İqor Satki (Moldova)

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

Bakı. “Dalğa Arena”

“Zirə”: 1. Anar Nəzirov, 3. Jozef Bum Li, 7. Orxan Əliyev (6. Rəşad Sadiqov, 46), 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belford, 11. Viktor İqbokoyi (4. Vüqar Mustafayev, 61), 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 6. Rəşad Sadiqov, 13. Aleksandr Şemonyayev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov

“Differdanj”: 30. Julian Veber, 4. Andre Almeyda Rodrigez, 7. Yannik Bastos, 11. Kotier Karon, 12. David Fluirval, 17. Yordan Yeye, 19. David Vandenbrok, 21. Matias Yaniş, 25. Cofri Franzioni, 27. Duayn Holter, 28. Munir Hamzui

Ehtiyat oyunçular: 1. Patik Vorre, 6. Farid İkene, 9. Nikolas Perez, 15. Culiano Cekson, 20. Jilles Betmer, 23. Canliuka Bey, 34. Çadli Amiri

Baş məşqçi: Paskal Qarzaniqa

z