cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Yeni komanda “peyda” oldu - “Binə”

29.06.2017 22:28 Oxundu 1769

“Sevindirici haldır ki, avrokuboklara ilk dəfə vəsiqə qazanan komanda qələbə ilə başladı. Komandanın oyunçuları arasında bəzi anlaşmazlıqlar olurdu ki, bu da təbii haldı. Çempionatda bu komanda tamam başqa cür çıxış edəcək. Əsasən də 10 nömrəli oyunçunu (Belfort – red.) xüsusi fərqləndirərdim”. Bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.

Avropa Liqasının I təsnifat mərhələsində “Differdanj”la qarşılaşan “Zirə” matçdan 2:0 hesablı qələbə il ayrıldı.

Oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Musayev ölkə çempionatı haqqında sualları da cavablandırıb.

- Çempionatda legioner limiti olacaq. Bu komanda indiki heyətlə oynaya bilməyəcək...

- Sössüz ki, bu, belə olacaq. Ancaq Ayxan Abbasova uğurlar arzulayıram. Hamı deyirdi ki, o, Avropada uğurlu ola bilməyəcək, ancaq göstərdi ki, buna hazırdı. Öz balamızdı, öz futbolçumuz, yetirməmizdi. Mən razı qaldım.

- “İnter”in də oyunu başlayıb, ümumiyyətlə, komandalarımızın bu mövsümkü çıxışlarından nə gözləyirsiz?

- Sössüz ki, məndən olsa, istəyərəm ki, hər bir komanda qələbə qazansın, ancaq futboldu və hər bir nəticə qeydə alına bilər.

- Ölkə çempionatı nə vaxt başlayacaq?

- Avqustun ortalarında başlayacağıq, 12 və ya 13-də.

- I divizionla bağlı vəziyyət nə yerdədi?

- Hələlik siyahıda 10 komanda var. Yeni komanda “peyda” oldu - “Binə”. Çox istəkli gəliblər. İnşallah onlar da çıxış edəcəklər. “Şəmkir”dən isə heç bir xəbər yoxdur.

- Bu sayın artmaq ehtimalı varmı?

- Bəli, mümkündü. Əgər hansısa müraciət olsa, şərtlər uyğun gəlsə, qəbul ediləcəklər.

- I Divizionun oyunları nə vaxt start götürəcək? Son müraciət tarixi nə vaxtdır?

- Sentyabrın ortaları püşk atılacaq. Həmin dəqiqəyə qədər müraciətləri qəbul etməyə hazırıq.