şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Finala yüksələn ikinci komanda Almaniya oldu VİDEO

29.06.2017 23:16 Oxundu 1862

İyunun 29-da Rusiyada keçirilən futbol üzrə FIFA Konfederasiyalar Kubokunda finala yüksələn ikinci komanda müəyyənləşib. İkinci yarımfinal matçında turnirin favoritləri sayılan Almaniya və Meksika milliləri qarşılaşıblar. Soçidəki “Fişt” stadionunda gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Almaniya yığması rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Birinci hissənin 6-cı və 8-ci dəqiqələrində son dünya çempionunun heyətində Leon Qoretska dubl edib. Almaniya yığmasında digər qolları oyunun 58-ci dəqiqəsində Tino Verner və 91-ci dəqiqədə Amin Yunes vurublar. Şimali amerikalıların heyətində isə 89-cu dəqiqədə Marko Fabian fərqlənib.

Xatırladaq ki, iyunun 28-də Çili və Portuqaliya komandaları arasında keçirilmiş ilk yarımfinal görüşü Cənubi Amerika təmsilçisinin xeyrinə başa çatıb. Beləliklə, iyulun 2-də keçiriləcək final qarşılaşmasında Almaniya və Çili milliləri oynayacaq.

Üçüncü yer uğrunda görüşdə isə Portuqaliya və Meksika komandaları üz-üzə gələcək.

f