cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ” “Qrodiq” komandası ilə görüşəcək

30.06.2017 06:10 Oxundu 1762

2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir. Hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq keçir. Komanda bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək. Roman Qriqorçukun yetirmələrinin Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib. Belə ki, komanda bu gün Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək. 1948-ci ildə yaradılan bu komanda Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.